Çeçenistan rəhbəri Putinə yeni vəd verdi
Çeçenistan rəhbəri Ramzan Kadırov Rusiya Prezidenti Vladimir Putinə dövlət başçısının qarşıya qoyduğu bütün vəzifələrin yerinə yetiriləcəyinə söz verib.
Crossmedia.az xəbər verir ki, “Ria novosti” bu barədə məlumat yayıb.
Kadırov Rusiyanın region rəhbərləri ilə görüşü zamanı Putinə dəstəyinə görə təşəkkür edib və Çeçenistana göstərdiyi diqqəti yüksək qiymətləndirib.
O bildirib ki, dövlət başçısının qarşıya qoyduğu bütün vəzifələr, o cümlədən Ukraynadakı müharibə ilə bağlı tapşırıqlar yerinə yetiriləcək.
Kadırov həmçinin döyüş bölgəsində fəaliyyət göstərən çeçen bölmələrinin bütün zəruri avadanlıqla təmin olunduğunu deyib və Rusiyanın qələbə qazanacağına əminliyini ifadə edib.
Qeyd edək ki, Kadırov 2025-ci ildə özünü tez-tez “Putinin piyadası” adlandırmasının səbəbini Rusiya prezidentinin bütün istiqamətlərdə sadiq silahdaşı olması ilə izah etmişdi.
19:22 30.09.2026
Oxunuş sayı: 43