Bank əmanətlərində yeni faizlər müəyyənləşib
Rusiyada Mərkəzi Bankın uçot dərəcəsini 14 faiz səviyyəsində saxlamasından sonra bəzi banklar əmanətlər üzrə faiz dərəcələrini artırıb.
Crossmedia.az xəbər verir ki, “Lenta.ru” bu barədə “Finuslugi” marketpleysinin məlumatlarına istinadən xəbər yayıb.
Məlumata görə, Rusiyanın 20 ən iri bankından 9-u əmanətlər üzrə faizləri artırıb, 1-i isə aşağı salıb.
Sentyabrın 30-na olan göstəricilərə əsasən, üç aylıq əmanətlər üzrə orta faiz dərəcəsi 13,73 faiz, altı aylıq əmanətlər üzrə 13,21 faiz təşkil edib. Birillik əmanətlər üzrə gəlirlilik isə 12,71 faizə çatıb.
Bir il yarımlıq, ikiillik və üçillik əmanətlər üzrə orta faiz dərəcələri müvafiq olaraq 11,79, 11,21 və 10,71 faiz olub.
Sentyabrın 30-na bankların ilk 20-liyində əmanətlər üzrə maksimum faiz dərəcəsi 19 faizə çatıb. Bu göstərici üç aylıq əmanətə aiddir və yalnız yeni müştərilər üçün nəzərdə tutulub.
Qeyd edək ki, daha əvvəl Rusiyada fiziki şəxslərin banklardakı vəsaitlərinin avqust ayında 0,1 trilyon rubl və ya 0,2 faiz azaldığı bildirilmişdi. Rusiya Mərkəzi Bankı bu dinamikanı avqust ayı üçün xarakterik olan məzuniyyət xərcləri və yeni dərs ilinə hazırlıqla əlaqələndirmişdi.
19:07 30.09.2026
Oxunuş sayı: 47