Azərbaycan süni intellektlə işləyən dronlar hazırlayıb
Azərbaycan süni intellekt texnologiyası ilə təchiz edilmiş, insanları və hərbi texnikanı ayırd edə, hədəfləri isə avtomatik aşkarlayıb izləyə bilən yeni pilotsuz uçuş aparatlarını təqdim edib.
Crossmedia.az xəbər verir ki, “Bakı fəhləsi” bu barədə məlumat yayıb.
Məlumata görə, BY-115 pilotsuz uçuş aparatı 5 kiloqrama qədər yük daşıya və saatda 130 kilometrədək sürət yığa bilir. Aparat həmçinin hədəfə müstəqil şəkildə şığıma qabiliyyətinə malikdir.
BY-001 kompleksi pilotsuz uçuş aparatlarını avtomatik aşkarlamaq və məhv etmək üçün nəzərdə tutulub.
F-1500 barajedici sursatı isə hədəflərin identifikasiyası və müşayiəti üçün süni intellekt sistemi ilə təchiz edilib.
18:07 30.09.2026
Oxunuş sayı: 37