ANAMA sədri və agentlik əməkdaşları Zəfər abidəsini ziyarət ediblər
Anım Günü ilə əlaqədar Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov İdarə Heyətinin üzvləri və Agentliyin struktur bölmələrinin rəhbərləri ilə birlikdə Zəfər abidəsini ziyarət edib.
Crossmedia.az xəbər verir ki,bu barədə ANAMA-dan məlumat verilib.
Bildirilib ki, agentliyin nümayəndələri xatirə daşının önünə gül dəstələri düzərək Vətən müharibəsində qəhrəmancasına döyüşən və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.
17:57 27.09.2026
Oxunuş sayı: 44