Bu ilin 8 ayında neçə nəfərə pensiya təyin olunub?
Bu ilin yanvar-avqust ayları ərzində 124 026 pensiya, müavinət və təqaüd təyinatı elektron infrastruktur üzərindən proaktiv qaydada həyata keçirilib.
Crossmedia.az bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.
Məlumata görə, onlardan 26 228-i pensiya, 85 501-i müavinət, 12 297-si isə təqaüd təyinatıdır.
10:36 23.09.2026
Oxunuş sayı: 38