Cəlilabadda "Mercedes" at arabası ilə toqquşub, xəsarət alanlar var
Cəlilabad rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə Uzuntəpə kəndində qeydə alınıb.
Müqabil Nağıyevin idarə etdiyi "Mercedes" markalı minik avtomobili at arabası ilə toqquşub. Hadisə nəticəsində 3 nəfər; - Şəhriyar Əliyev, Mənsum Abışov və Niyaməddin Həsənov xəsarət alıblar.
Yaralılar müxtəlif dərəcəli xəsarətlərlə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
22:08 22.09.2026
Oxunuş sayı: 42