Kallasdan Rusiyaya sərt seçki tənqidi
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Rusiyada keçirilən Dövlət Dumasına seçkiləri demokratiya üçün ciddi geriləmə kimi qiymətləndirib.
Crossmedia.az xəbər verir ki, Kallas bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
Kallas bildirib ki, Kreml müxalif fikirləri susdurub, Ukraynadakı müharibəyə qarşı çıxan yeganə qeydiyyatdan keçmiş partiyanın seçkilərdə iştirakına imkan verməyib və beynəlxalq seçki müşahidəçilərinin ölkəyə girişini məhdudlaşdırıb.
Onun sözlərinə görə, bütün bunların fonunda Rusiyada demokratiyadan yalnız görüntü qalıb. Aİ də sentyabrın 18–20-də keçirilən seçkilərin demokratik mühitin daha da zəiflədiyini göstərdiyini bildirib.
17:13 21.09.2026
Oxunuş sayı: 55