Tanınmış iş adamının nəvəsi atəş açdı, qadın yaralandı
Ağdaşda silahlı insident baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə sentyabrın 17-də rayon ərazisində əkin sahəsində baş verib. Ağdaşın tanınmış iş adamı Məhəmməd Əliyevin nəvəsi, 2012-ci il təvəllüdlü M.Əliyev çöldə atasına məxsus tir tüfəngi ilə çöl quşlarını ovlamaq istəyib. Bu vaxt tüfəngdən atəş açıb və güllə sahədə işləyən rayon sakini, 51 yaşlı qadının qarın nahiyəsinə dəyib. Qadın xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırmalar aparılır. (Oxu.az)
12:02 21.09.2026
Oxunuş sayı: 48