Dənizdə batan şəxslərin kimliyi məlum olub - YENİLƏNİB
Bilgəhdə dənizdə batan şəxslərin kimliyi məlum olub.
Crossmedia.az-ın xəbərinə görə, Bilgəh qəsəbəsinin dəniz çimərliyində Qusar rayon sakini 2008-ci il təv. Elmin Elmar oğlu Əmirəliyev və Bərdə rayon sakini 2008-ci il təv. Əlipaşa Natiq oğlu Əlizadə suda boğulub.
Onların meyitlərinin sudan çıxarılması istiqamətində tədbirlər davam etdirilir.
19 sentyabr, 17:39
Bilgəhdə 2 nəfər dənizdə batıb.
Bu barədə Crossmedia.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 2 nəfərin dənizdə nəzarətsiz ərazidə batması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Hazırda vətəndaşların batdıqları ehtimal olunan istiqamətlərdə axtarış-xilasetmə tədbirləri həyata keçirilir.
11:09 21.09.2026
Oxunuş sayı: 49