Rusiya ordusu Ukraynada üç logistika mərkəzinə zərbə endirib
Rusiya hərbçiləri Ukraynanın Odessa və Xarkov vilayətlərində yerləşən üç logistika mərkəzinə pilotsuz uçuş aparatları ilə zərbələr endirib.
Crossmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Nazirliyin məlumatına görə, zərbələr nəticəsində Ukrayna Silahlı Qüvvələrinin əmlakının saxlanıldığı logistika obyektləri hədəfə alınıb. Rusiya tərəfi hücumların nəticələri barədə əlavə məlumat verməyib.
19:45 19.09.2026
Oxunuş sayı: 38