Zelenski: Atəşkəs şərtsiz dayandırılarsa, Kiyev diplomatiyaya hazırdır
Ukrayna Prezidenti Volodimir Zelenski şərtsiz atəşkəsin təmin ediləcəyi təqdirdə Kiyevin müharibənin dayandırılması və diplomatik danışıqlara keçməyə hazır olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Volodimir Zelenski bu barədə açıqlama verib.
O qeyd edib ki, qarşı tərəf bir müddət sonra hansısa məsələdən narazı qalarsa, bu, ayrıca müzakirə oluna bilər. Zelenskinin sözlərinə görə, müharibəni davam etdirmək istəyi qarşı tərəfin seçimidir, lakin bunun itkilərin artmasına səbəb olacağını bildirib.
“Daha yaxşısı itkisiz şəkildə müharibəni dayandırmaq və diplomatiyaya keçməkdir”, – deyə Zelenski vurğulayıb.
15:24 16.09.2026
Oxunuş sayı: 44