Sam Altmandan SƏRT XƏBƏRDARLIQ: Dünya süni intellektdən niyə qorxur?
OpenAI-nin baş direktoru Sam Altman süni intellektlə bağlı artan narahatlıqların əsassız olmadığını bildirib. O, xüsusilə süni intellekt hazırlayan şirkətlərin həddindən artıq güc əldə etməsi və cəmiyyətə təsir imkanlarının artması ilə bağlı risklərə diqqət çəkib.
Crossmedia.az xəbər verir ki, Altman bu fikirləri San-Fransiskoda keçirilən Dreamforce konfransında səsləndirib.
Onun sözlərinə görə, bəzi şirkətlərin süni intellekt üzərində həddindən artıq güc toplaması onların iqtisadiyyata təsir göstərməsinə və müəyyən dünyagörüşünü cəmiyyətə aşılaya bilməsinə səbəb ola bilər.
Altman bildirib ki, dünya bu ehtimaldan qorxmaqda haqlıdır. Bununla yanaşı, o, süni intellekt sahəsində təhlükəsizlik məsələlərinin ciddi şəkildə nəzərə alınmasının vacibliyini vurğulayıb.
Son günlər süni intellektin təhlükələri ilə bağlı müzakirələr texnologiya şirkətlərinin rəhbərləri arasında da genişlənib. Altman, Anthropic-in baş direktoru Dario Amodei və digər texnologiya rəhbərləri süni intellektin inkişaf tempinin və təhlükəsizlik tədbirlərinin yenidən nəzərdən keçirilməsinin vacibliyini bildiriblər.
15:16 16.09.2026
Oxunuş sayı: 51