Rusiya futbolçuları beynəlxalq yarışlara yalnız milli statusda qayıdacaq
Rusiya futbolçuları beynəlxalq rəsmi yarışlara qayıdacağı təqdirdə bunu yalnız milli statusda həyata keçirəcək.
Crossmedia.az xəbər verir ki, “NSN” bu barədə Rusiya Futbol İttifaqının fəxri prezidenti Vyaçeslav Koloskovun açıqlamasına istinadən məlumat yayıb.
Koloskov bildirib ki, Rusiya komandalarının beynəlxalq yarışlara qayıtması tam həcmdə və UEFA-nın nizamnaməsinə uyğun şəkildə baş verməlidir.
Onun sözlərinə görə, UEFA rəhbərliyindəki şəxslər vəziyyəti anlayırlar və Rusiyanın ya tam şəkildə yarışlara buraxılmasının, ya da hələlik gözləməsinin mümkün olduğunu bilirlər. Koloskov əlavə edib ki, bu proses uzun çəkə bilər.
10:55 13.09.2026
Oxunuş sayı: 55