İsraildəki seçkilərlə bağlı Vaşinqtona çağırış
ABŞ-nin sabiq dövlət katibi Hillari Klinton İsraildə Benjamin Netanyahu hökumətinin yenidən hakimiyyətə qayıtması halında Vaşinqtonun daha sərt mövqe tutmalı olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Hillari Klinton bu barədə açıqlama verib.
Klintonun sözlərinə görə, israillilər oktyabrda keçiriləcək seçkilərdə Netanyahu hökumətinin geri qayıtmasına səs versələr, ABŞ buna qarşı “çox sərt mövqe” nümayiş etdirməlidir.
Sabiq dövlət katibi həmçinin İsrailin yeni hökumətinin işğal altındakı İordan çayının qərb sahilində məskunlaşanların zorakılığına qarşı ciddi tədbirlər görməli olduğunu vurğulayıb.
10:32 11.09.2026
Oxunuş sayı: 58