Qroznı-Bakı birbaşa uçuşlarının bərpası qış cədvəlinə daxil edilməyib
Qroznı-Bakı istiqamətində birbaşa aviareyslərin oktyabrın sonundan etibarən yenidən həyata keçirilməsi nəzərdə tutulmur.
Bu barədə Crossmedia.az'a Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.
"Hazırda aeroportun qış mövsümü üçün təsdiq olunmuş uçuş cədvəlində Qroznı-Bakı istiqamətində birbaşa reys planlaşdırılmayıb", - açıqlamada qeyd edilib.
Bundan öncə Qroznı Beynəlxalq Aeroportu oktyabrın 27-dən başlayaraq "Utair" aviaşirkətinin Qroznı-Bakı marşrutu üzrə müntəzəm birbaşa uçuşları yenidən icra edəcəyini elan edib.
12:09 10.09.2026
Oxunuş sayı: 54