Oskar mükafatlı aktyordan Adidas-a sərt etiraz
Oskar mükafatlı ispan aktyor Javier Bardem “Adidas” şirkətinin Qəzzaya qarşı hücumlarda iştirak etmiş və İsrail ordusunda xidmət zamanı ayağını itirmiş keçmiş hərbçini reklam kampaniyasına cəlb etməsinə sərt etiraz edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Bardem sosial media hesabında paylaşdığı açıqlamalarla izləyicilərini “soyqırımçı İsrailin təbliğatını aparan” marka kimi təqdim etdiyi “Adidas”ın məhsullarını almamağa çağırıb və boykota qoşulub.
Aktyor həmçinin reklam kampaniyasının sabotaj edilməsinə açıq çağırış edib. O, Fələstini dəstəkləyən təşkilat və fəalların “Adidas”ın kampaniya seçiminə etiraz edən paylaşımlarını öz “hekayə” bölməsində yayımlayıb.
Bardem paylaşımında şirkətə münasibətini sərt ifadə ilə bildirib: “Adidas, əlləri qanlı bir adamı seçdi.”
Aktyor daha əvvəl də “Adidas”a münasibətini nümayiş etdirib. Ötən yay keçirilən FIFA Dünya Kuboku zamanı şirkəti boykot edən Bardem İspaniya millisinin “Adidas”la assosiasiya olunan klassik qırmızı formasından istifadə etməyərək yaşıl forma geyinmişdi.
07:17 09.09.2026
Oxunuş sayı: 73