Rusiyada qiymətlərlə bağlı gözlənilməz mənzərə
Rusiyada logistika mərkəzlərinə hücumlardan sonra marketpleyslərdə satılan məhsulların qiymətləri artmayıb, əksinə ucuzlaşıb.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə məlumat yayıb.
Rəqəmsal Platformalar Assosiasiyasının prezidenti Oraz Durdıyev bildirib ki, son dövrdə onlayn platformalarda qiymətlərdə artım müşahidə olunmur, əksinə müəyyən ucuzlaşma qeydə alınır.
Onun sözlərinə görə, qiymətlərin artmasının qarşısını əsasən satıcılar arasındakı yüksək rəqabət və marketpleyslərin endirimlərə aktiv şəkildə yatırım etməsi alır.
Durdıyev ənənəvi, xüsusilə regional pərakəndə satış sektorunda isə qiymət artımının mümkün olduğunu qeyd edib. Bunun logistika xərclərinin yüksəlməsinə bazarın təbii reaksiyası olduğu bildirilib.
09:49 07.09.2026
Oxunuş sayı: 43