Mayamidə “Amazon” yük təyyarəsi qəzaya uğrayıb
Mayami Beynəlxalq Hava Limanında “Amazon Prime Air”ə məxsus Boeing 767-300 yük təyyarəsinin uçuş-enmə zolağından çıxaraq bir neçə avtomobilə çırpılması nəticəsində azı 5 nəfər ölüb, 5 nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Məlumata görə, Prime Air 7598 saylı reysi Puerto-Rikonun San-Xuan şəhərindən Mayamiyə uçub. Təyyarə yerli vaxtla saat 14:00 radələrində eniş zamanı zolağın hüdudlarından çıxıb və ərazidəki bir neçə avtomobilə çırpılıb. Daha sonra təyyarədə yanğın baş verib.
Qəza nəticəsində 5 nəfər xəsarət alıb. Onlardan 3-nün vəziyyətinin ağır olduğu bildirilir. Pilot və ikinci pilotun da təyyarənin kabinəsində sıxışdığı qeyd olunub.
Təyyarəni “Amazon” üçün 21 Air aviaşirkəti istismar edib. Hadisə ilə bağlı ABŞ Federal Aviasiya Administrasiyası və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası araşdırma aparır.
Qəza səbəbilə hava limanında uçuşlar müvəqqəti dayandırılıb və ciddi gecikmələr yaranıb. Səlahiyyətli qurumlar hadisənin səbəblərini müəyyənləşdirmək üçün araşdırmanı davam etdirir.
09:30 07.09.2026
Oxunuş sayı: 52