Putin müharibəni yalnız bu şərtlə dayandıracağını açıqlayıb
Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı müharibəni yalnız Moskvanın şərtləri əsasında dayandırmağa hazırdır.
Crossmedia.az ˝Bloomberg˝ə istinadən xəbər verir ki, Rusiya özünü döyüş meydanında üstün mövqedə hesab etdiyindən tələblərini getdikcə sərtləşdirir.
Məlumata görə, Moskva mümkün sülh razılaşması çərçivəsində Donetsk vilayətinin Rusiya nəzarətində olmayan hissəsinin də Ukrayna tərəfindən verilməsini tələb edir. Kiyev isə bu tələbi dəfələrlə rədd edib.
Bu açıqlamalar ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndələri Stiv Vitkoff və Cared Kuşnerin sentyabrın 5-də Moskvada Vladimir Putinlə üç saatdan çox davam edən görüşündən əvvəl səsləndirilib. Görüşdən sonra tərəflər danışıqları faydalı adlandırsalar da, konkret irəliləyiş əldə olunduğu açıqlanmayıb.
11:25 06.09.2026
Oxunuş sayı: 49