İran neft tankerinə dörd ABŞ raketi atıldığı İDDİA EDİLİR
İranın Hark adası yaxınlığında İran neft tankerinin dörd ABŞ raketi ilə vurulduğu iddia edilir.
Crossmedia.az xəbər verir ki, İranın “Tasnim” agentliyi bu barədə məlumat yayıb.
Agentliyin məlumatına görə, hadisə nəticəsində ölən və ya yaralanan olmayıb. Bildirilir ki, gəminin ekipaj üzvləri tankeri tərk edib.
Qeyd edək ki, hadisə ilə bağlı məlumatın müstəqil təsdiqi barədə məlumat verilməyib.
14:16 05.09.2026
Oxunuş sayı: 44