İsrail Kabatiyada 7,5 hektar əraziyə göz dikdi
Sevastopolda Ukrayna Silahlı Qüvvələrinin hücumundan sonra sursatların zərərsizləşdirilməsi zamanı həlak olan Rusiyanın Fövqəladə Hallar Nazirliyinin 4 pirotexniki ilə vida mərasimi keçirilib.
Crossmedia.az xəbər verir ki, Sevastopol qubernatoru Mixail Razvojayev bu barədə “Maks” messencerindəki kanalında məlumat yayıb.
Vida mərasimi zamanı Anton Çudakov, Aleksandr Pancuk, Artem Duplin və Roman Pilipçukun xatirəsi yad edilib. Razvojayev bildirib ki, mütəxəssislər ölümündən sonra “İgidliyə görə” ordeni ilə təltif olunublar.
Qubernatorun sözlərinə görə, Anton Çudakov “35-ci Sahil Batareyası” muzey kompleksinin bazasında unikal pirotexnika sinfi yaradıb və sağlığında da “İgidliyə görə” ordeninə layiq görülüb.
Artem Duplin 7 illik təcrübəyə malik sürücü-minaaxtaran olub. O, Qara dənizdə İkinci Dünya müharibəsindən qalan sursatların zərərsizləşdirilməsi işlərinə ilk başlayan mütəxəssislərdən biri olub.
Aleksandr Pancuk xilasetmə məqsədilə robototexniki sistemlərin hazırlanmasına töhfə verib. Roman Pilipçuk isə daha əvvəl hərbi xidmətdə olub və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Rusiya FHN-də çalışmağa başlayıb.
Dörd pirotexnik avqustun 13-də Sevastopol ərazisinin Ukrayna Silahlı Qüvvələrinin hücumundan sonra yoxlanılması zamanı həlak olub. Mütəxəssislər ərazini sursatlardan təmizləyərkən onlardan biri partlayıb və 4 nəfərin ölümünə səbəb olub.
Hadisə zamanı obyektin mühafizəçisi Vasili Staroverov da həyatını itirib.
12:21 05.09.2026
Oxunuş sayı: 40