Rusiya silahları ilə bağlı MÜBAHİSƏLİ İDDİA: Dronların 95%-i hədəfə çatır
Rusiya raketlərinin Ukraynadakı hədəflərə zərbələr zamanı demək olar ki, 100 faiz nəticə göstərdiyi, dronlarda isə bu göstəricinin 95 faizə çatdığı iddia edilir.
Crossmedia.az xəbər verir ki, “Lenta.ru” bu barədə hərbi ekspert, istefada olan polkovnik Anatoli Matviyçukun açıqlamasına istinadən məlumat yayıb.
Matviyçukun sözlərinə görə, Rusiya raketlərinin hədəflərə dəqiqliklə çatma göstəricisi demək olar ki, 100 faizdir. O, pilotsuz uçuş aparatlarında bu göstəricinin təxminən 95 faiz təşkil etdiyini bildirib.
Hərbi ekspert bu nəticəni “möhtəşəm” adlandıraraq, göstəriciyə həm texniki vəziyyətin, həm də hava hücumundan müdafiə sistemləri tərəfindən vurulma hallarının daxil olduğunu deyib.
Daha əvvəl “The New York Times” Rusiyanın yeni pilotsuz uçuş aparatlarının, o cümlədən reaktiv mühərrikli dronların Ukraynada ciddi narahatlıq yaratdığını yazıb. Qəzetin məlumatına görə, bu dronlar hava hücumundan müdafiə sistemlərinə əlavə yük yaradır və müharibənin yeni mərhələsinə işarə edə bilər.
11:39 05.09.2026
Oxunuş sayı: 42