BMT İsrailə sərt şəkildə xəbərdarlıq edib
BMT İnsan Hüquqları üzrə Ali Komissarlığının sözçüsü Tameen Əl-Xitan işğal altındakı Qərbi Şəriə və Şərqi Qüdsdəki vəziyyətlə bağlı açıqlama verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, o, bölgədə vəziyyətin dəhşətli olduğunu bildirib.
Əl-Xitan İsrailin pozuntuları ilə bağlı siyahının hər gün uzandığını və bunun sonunun görünmədiyini deyib.
BMT rəsmisi İsraili işğala dərhal son qoymağa, qanunsuz yaşayış məntəqələrini boşaltmağa, Fələstin ərazilərinin bütövlüyünə və fələstinlilərin öz müqəddəratını təyinetmə hüququna hörmət etməyə çağırıb.
O qeyd edib ki, planlar işğal altındakı Qərbi Şəriənin müxtəlif əsas bölgələrini bir-birindən ayıra bilər. Bunun isə Fələstin ərazilərinin demoqrafik bütövlüyünü təhdid edəcəyi, fələstinlilərin öz müqəddəratını təyinetmə hüququnu və gələcəkdə qurmaq istədikləri dövlət perspektivini təhlükə altına atacağı bildirilib.
19:20 04.09.2026
Oxunuş sayı: 48