Gömrük güzəştləri ediləcək - avtomobil gətirənlərə şad xəbər
Nəqliyyat sistemində səmərəli idarəetmə və fasiləsiz hərəkətin təmin olunması həm sərnişinlərin rahatlığı, həm də ölkənin ümumi nəqliyyat infrastrukturunun inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu prosesdə nəqliyyat vasitələrinin ölkəyə gətirilməsi, gömrük nəzarətinin təşkili və rəsmiləşdirmə prosedurlarının çevikliyi əsas məsələlərdən biri hesab olunur.
Mütəxəssislərin fikrincə, gömrük rəsmiləşdirilməsinin sadələşdirilməsi, məlumatların daha operativ işlənməsi və nəqliyyat vasitələrinin ölkəyə gətirilməsi zamanı müəyyən güzəştlərin tətbiqi nəqliyyat axınının sürətlənməsinə, əlavə xərclərin azalmasına və infrastrukturun daha səmərəli inkişafına imkan yarada bilər.
Nəqliyyat eksperti Aslan Əsədov Crossmedia.az-a açıqlamasında bildirib ki, nəqliyyat sahəsində həyata keçirilən hər hansı dəyişiklik əhalinin rahat gediş-gəlişinin, eləcə də rentabelli və fasiləsiz hərəkətin təmin olunmasında mühüm rol oynayır:
“Hər hansı bir dəyişiklik əhalinin rahat gediş-gəlişinin, həmçinin rentabelli və fasiləsiz hərəkətin təmin olunmasında mühüm rol oynayır.
Bu gün nəqliyyat vasitələrinin idarə edilməsində əsas məsələlərdən biri də asan gömrük xidmətlərinin göstərilməsi, gömrük nəzarətinin təşkil edilməsi və nəqliyyat vasitələri arasında qarşılıqlı təmasın qurulmasıdır.
Ölkəyə gətirilən nəqliyyat vasitələrinə müəyyən güzəştlərin tətbiq olunması və onların əlavə xərclərdən azad edilməsi çevik gömrük rəsmiləşdirilməsini təmin edir.

Gömrük rəsmiləşdirilməsinin asanlaşdırılması və məlumatların çevik işlənməsi bu proseslərin davamlılığını artırır, koordinasiyanı gücləndirir və yüksək rentabellik yaradır. Bu da nəqliyyat vasitələrinin axınına müsbət təsir göstərərək nəqliyyat infrastrukturunun daha effektiv inkişafına imkan verir.
Nəqliyyat vasitələrinin ümumi kateqoriyalar üzrə təsnif edilməsi və koordinasiyanın qurulması vacib elementlərdəndir. Eyni zamanda, nəqliyyat vasitələrinin təyinatı üzrə optimallaşdırılmasına da böyük ehtiyac var.
Məsələn, tutumlu və müasir avtobusların gətirilməsi, həmçinin qənaətcil və komfortlu minik avtomobillərinin istismarı qarşılıqlı əlaqələrin funksionallığını artırır”.
Zeynəb Həsən
17:45 04.09.2026
Oxunuş sayı: 45