Milei Folklend adalarında neft hasilatına qarşı sanksiyaları sərtləşdirəcək
Argentina Prezidenti Xavyer Milei Folklend adaları yaxınlığında neft-qaz layihələrində iştirak edən şirkətlərə qarşı sanksiyaları sərtləşdirmək niyyətindədir.
Crossmedia.az xəbər verir ki, Argentina Prezidenti Xavyer Milei bu barədə açıqlama verib.
Milei həmçinin ölkənin cənubunda müdafiə xərclərinin artırılacağını bildirib.
Argentina Prezidenti ölkənin suverenliyinin qorunması ilə bağlı tədbirlərin gücləndirilməsini nəzərdə tutan qanun layihəsinin Konqresə təqdim ediləcəyini də açıqlayıb. Buenos-Ayres Folklend adalarını öz ərazisi hesab edir. Adalar hazırda Böyük Britaniyanın nəzarətindədir və iki ölkə arasında onların statusu ilə bağlı uzunmüddətli mübahisə mövcuddur.
14:09 04.09.2026
Oxunuş sayı: 43