Putinin sözləri III Dünya müharibəsi qorxusunu artırdı
Rusiya Prezidenti Vladimir Putinin ölkə vətəndaşlarının “hər şeyə hazır olmalı olduğu” barədə açıqlaması III Dünya müharibəsi ilə bağlı narahatlıqları artırıb.
Crossmedia.az xəbər verir ki, “Daily Express” bu barədə məlumat yayıb.
Putin bu fikirləri Vladivostokda keçirilən Şərq İqtisadi Forumunun plenar sessiyasında səsləndirib. Rusiyada yanacaqla bağlı vəziyyətin nə vaxt yaxşılaşacağına dair suala cavab verən prezident “Biz hər şeyə hazır olmalıyıq” deyib.
Onun sözlərinə görə, Rusiya vətəndaşlarının istənilən vəziyyətə hazır olması ölkəyə zərər vermək istəyənlərə bunun “daha yaxşı edilməməli olduğunu” anlamasına imkan verəcək.
“Daily Express” Putinin açıqlamasını Ukraynanın Rusiyanın dərinliklərindəki hərbi və iqtisadi infrastruktura zərbələr endirməsi, Moskvanın isə Ukraynaya hücumları artırması fonunda səslənən “qorxulu xəbərdarlıq” kimi qiymətləndirib.
Bununla yanaşı, Putin sentyabrın 3-də Şərq İqtisadi Forumunda bildirib ki, hazırda Rusiyada səfərbərlik elan edilməsini tələb edən hər hansı ssenari mövcud deyil.
Kreml isə sentyabrın 4-də Putinin aviasiya sahəsindəki vəziyyətlə bağlı müşavirə keçirməyi planlaşdırmadığını açıqlayıb.
13:22 04.09.2026
Oxunuş sayı: 49