I sinfə elektron qəbul başa çatıb
Mayın 6-dan etibarən həyata keçirilən 2026–2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi başa çatıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.
Son məlumata əsasən, 124 mindən artıq uşağın birinci sinfə qəbul prosesi tamamlanıb.
Qeyd olunub ki, üzrlü səbəblərdən I sinfə qəbul prosesində gecikən uşaqların ümumi təhsil müəssisələrinə elektron qəbulu sentyabr ayı ərzində yenidən aktivləşdiriləcək.
18:04 03.09.2026
Oxunuş sayı: 40