Simonyan Bakıya gələ bilər
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanın sülh istiqamətində real addımlar atdığını bildirib.
Crossmedia.az xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi bu barədə açıqlama verib.
Simonyanın sözlərinə görə, Azərbaycan yalnız sülh niyyətini bəyan etməklə kifayətlənmir, bunun üçün praktiki addımlar da atır.
O bildirib ki, tərəflər açıq qalan məsələlərin həlli üçün yeni mexanizmlərin tətbiqi barədə razılığa gəliblər. Bu məsələlər arasında erməni mənşəli məhkumlar və itkin düşmüş şəxslərlə bağlı məsələlər də var.
Simonyan Bakıya şəxsi səfər edə biləcəyini də istisna etməyib. Bu, Ermənistanın baş nazirinin aparat rəhbəri Araik Harutyunyanın Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovla Dilicanda keçirilmiş görüşündən sonra baş verə bilər.
O qeyd edib ki, növbəti görüşün keçirilməsi ilə bağlı razılaşma artıq mövcuddur, lakin konkret tarix hələ müəyyən edilməyib.
14:19 03.09.2026
Oxunuş sayı: 56