Nepalda axtarışlar dayandırıldı: 1000 nəfərin taleyi naməlumdur
Nepalda dağıdıcı sel və sel axınlarından sonra itkin düşənlərin axtarışı dayandırılıb və təxminən 1000 nəfərin taleyi naməlum olaraq qalır.
Crossmedia.az xəbər verir ki, “Kathmandu Post” polisə istinadən bu barədə məlumat yayıb.
Son məlumatlara görə, təbii fəlakət nəticəsində ölənlərin sayı 475-ə çatıb. İtkinlər arasında çoxsaylı xarici turistlərin də olduğu bildirilir.
Məlumata görə, Nepal və Çin sərhədində sel və torpaq sürüşməsindən sonra yaranan göldə suyun səviyyəsinin yüksəlməsi axtarış-xilasetmə əməliyyatlarının dayandırılmasına səbəb olub.
Nepal mütəxəssisləri çirklənmiş su səbəbindən infeksion xəstəliklər riskinin artdığını bildiriblər. Əhaliyə və turistlərə yalnız qaynadılmış su içmək və daşqın suları ilə təmasda olmuş qidalardan istifadə etməmək tövsiyə olunur.
16:59 28.08.2026
Oxunuş sayı: 40