Türkiyə 114 ölkədən tələbələrə TƏQAÜD VERİR
Türkiyənin Dini İşlər Fondu (TDV) Diyanet təqaüd proqramı çərçivəsində Türkiyə ilə yanaşı, dünyanın 114 ölkəsindən minlərlə tələbəyə təhsil dəstəyi göstərir.
Crossmedia.az xəbər verir ki, “Türkiyə Dini İşlər Fondu” bu barədə məlumat yayıb.
Fond Dini İşlər İdarəsi, Milli Təhsil Nazirliyi və digər qurumlarla əməkdaşlıq edərək təqaüd, təhsil və mədəniyyət proqramları həyata keçirir.
TDV Türkiyənin müxtəlif bölgələrindən və dünyanın fərqli ölkələrindən olan tələbələri bir araya gətirir. Fondun məlumatına görə, təqaüdçülərlə Türkiyənin 57 vilayətində iş aparılır.
Proqram çərçivəsində 53 akademik koordinator və 389 müəllim tələbələrin yalnız akademik göstəricilərinin yaxşılaşdırılmasına deyil, həm də onların şəxsi, peşəkar və sosial inkişafına dəstək göstərir.
13:10 28.08.2026
Oxunuş sayı: 61