Azərbaycan səfirliyi qarşısındakı TƏXRİBATI KİM TÖRƏDİB?
Azərbaycanın səfirliyi qarşısında aksiya keçirilib və məsuliyyəti "E. V. Limonovun Başqa Rusiyası" Partiyasının milli-bolşevikləri üzərinə götürüb.
Crossmedia.az xəbər verir ki, rus mediası bu barədə məlumat yayıb.
Aksiya iştirakçıları səfirliyin qarşısında Azərbaycan əleyhinə plakatlar yerləşdiriblər. Plakatlarda “Rus vətəndaşlarından əl çəkin!”, “Rus qanı sizin əllərinizdədir!” və digər şüarlar yer alıb.
16:21 27.08.2026
Oxunuş sayı: 61