"VKontakte"də "Yedinaya Rossiya" reklamı yayılıb
Rusiya Dövlət Dumasına seçkilərə bir ay qalmış "VKontakte" sosial şəbəkəsində hakim "Yedinaya Rossiya" partiyasını dəstəkləyən reklam bannerləri yayımlanmağa başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb. Bildirilir ki, reklamların sifarişçisi bir əməkdaşının çalışdığı və hər il yüz milyonlarla rubl maliyyə alan xeyriyyə fondudur.
Fondun maliyyə mənbələri açıqlanmır. Bununla belə, qurumun daha əvvəl Rusiya Prezidenti Vladimir Putinin yaxın dostu ilə əlaqəli media holdinqi ilə bağlantısının olduğu qeyd edilir.
Məlumata görə, "Yedinaya Rossiya"nı dəstəkləyən reklamlar 2026-cı il avqustun ortalarından etibarən "VKontakte" istifadəçilərinin xəbər lentində nümayiş etdirilib. "VK"nın açıq reklam reyestrində bannerlərin hamısında eyni reklamverənin adı göstərilir.
Nəşrin araşdırmasına görə, xeyriyyə fondlarının siyasi təşviqat aparmasını qadağan edən qanunvericilik fonunda sözügedən reklam kampaniyasının qanuniliyinə dair ciddi suallar yaranır.
11:15 27.08.2026
Oxunuş sayı: 48