Əraqçi və Asim Munir regional sülhü müzakirə ediblər
İranın xarici işlər naziri Abbas Əraqçi ilə Pakistan ordusunun baş feldmarşalı Asim Munir arasında telefon danışığı baş tutub.
Crossmedia.az xəbər verir ki, bu barədə “Tasnim News” məlumat yayıb.
Tərəflər telefon danışığı zamanı regionda baş verən son prosesləri və qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
Əraqçi və Munir regionda sülh və təhlükəsizliyin təmin olunması üçün davamlı məsləhətləşmələrin və birgə səylərin vacibliyini qeyd ediblər.
10:39 26.08.2026
Oxunuş sayı: 49