Makron məktəblilərə mobil telefonu qadağan edib
Fransa Prezidenti Emmanuel Makron liseylərdə mobil telefonlardan istifadənin qadağan edilməsini nəzərdə tutan qanunu təsdiqləyib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Qadağanın 2026-2027-ci tədris ilinin başlanğıcından qüvvəyə minməsi gözlənilir. Qanun iyul ayında Fransa parlamenti tərəfindən qəbul edilib. Sənəddə liseylərdə mobil telefonların istifadəsinin məhdudlaşdırılması ilə yanaşı, 15 yaşdan aşağı uşaqlar üçün sosial şəbəkələrə çıxışın qadağan edilməsi də nəzərdə tutulurdu. Lakin Fransanın Konstitusiya Şurası sosial şəbəkələrlə bağlı müddəanı ləğv edib, mobil telefonlarla bağlı qadağaya isə müdaxilə etməyib.
21:48 24.08.2026
Oxunuş sayı: 41