Sabirabadda yol qəzası: yaralıların SON VƏZİYYƏTİ AÇIQLANDI
Sabirabadda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib.
Bu barədə Crossmedia.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, 24 avqust 2026-cı il tarixində saat 08:40 radələrində bir kişi və bir qadın müxtəlif bədən xəsarətləri ilə xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müvafiq şöbədə müalicələri davam etdirilir və vəziyyətləri orta ağır qiymətləndirilir.
10:31
Sabirabadda baş verən qəzada ölən və yaralananlar var.
Crossmedia.az xəbər verir ki, hadisə Sabirabad rayonununun Qaragüney kəndində qeydə alınıb.
Minik avtomobillərinin toqquşması nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Məhəbbət Tərlanoğlu
12:29 24.08.2026
Oxunuş sayı: 275