“Sinopec”in mənfəəti 12 faiz artıb
Çinin ən böyük neft emalı şirkəti “Sinopec” ilin ilk yarısında xalis mənfəətini ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artırıb.
Crossmedia.az xəbər verir ki, “Sinopec” bu barədə məlumat yayıb.Şirkətin ilkin hesablamalara əsasən xalis mənfəəti 26,6 milyard yuan, yəni təxminən 4 milyard dollar təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 23,8 milyard yuan olub.Dünya enerji qiymətlərinin artması “Sinopec”in neft və qaz kəşfiyyatı və hasilatı sahəsində gəlirlərinin yüksəlməsinə səbəb olub. Bununla yanaşı, bahalaşan enerji resursları şirkətin neft emalı və satış biznesinə təzyiq göstərib.
16:22 23.08.2026
Oxunuş sayı: 53