Sankt-Peterburqda 82 min kvadratmetrlik anbarda güclü yanğın baş verib
Rusiyanın Sankt-Peterburq şəhərində 82 min kvadratmetr sahəsi olan anbarda genişmiqyaslı yanğın baş verib.
Crossmedia.az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bu barədə məlumat yayıb.
Yanğın şəhərin Puşkin rayonunda yerləşən obyektdə baş verib. Alovun söndürülməsi üçün 217 yanğınsöndürən və 65 texnika cəlb olunub.
Hazırda hadisə nəticəsində xəsarət alanlarla bağlı məlumat daxil olmayıb. Yerli sakinlərin sözlərinə görə, yanğından əvvəl pilotsuz uçuş aparatları ilə bağlı təhlükə rejimi elan edilməyib, həmçinin dron səsləri və hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti eşidilməyib.
Yanğının səbəbi hələlik məlum deyil.
12:11 23.08.2026
Oxunuş sayı: 49