İsrail mediası Şeyx Mozanı Qətərin “başlıca İsrail düşməni” adlandırdı
İsrail mediası Qətərin hazırkı əmiri Təmim bin Həməd Al Taninin anası Şeyx Moza bint Nasir əl-Misnədi Dohanın artan beynəlxalq nüfuzunun əsas fiqurlarından biri kimi təqdim edib.
Crossmedia.az xəbər verir ki, İsrail mediası bu barədə məlumat yayıb.
Nəşrin iddiasına görə, Qətər son onilliklər ərzində təhsil və mədəniyyət müəssisələri, xeyriyyə fondları, media qurumları və xarici investisiyalardan ibarət geniş şəbəkə yaradaraq “yumşaq güc”ü ölkə hüdudlarından kənarda təsirinin əsas vasitələrindən birinə çevirib.
Məqalə müəllifləri bu sistemin formalaşmasında Şeyx Mozaya xüsusi rol verərək bildirirlər ki, maliyyə imkanları, təhsil, mədəniyyət və beynəlxalq əlaqələrin birləşməsi Qətərə coğrafi ölçülərindən xeyli böyük siyasi təsir əldə etməyə imkan verib.
Nəşr həmçinin Qətərin bəzi strukturlarını “Müsəlman Qardaşları” hərəkatına yaxın şəbəkələrlə əlaqələndirərək bunu Dohanın regional və beynəlxalq nüfuz strategiyasının elementlərindən biri kimi qiymətləndirib.
11:45 23.08.2026
Oxunuş sayı: 52