İsrail təyyarələri Türkiyə sərhədinə yaxınlaşıb
ABŞ-nin Türkiyədəki səfiri Tom Barrak bildirib ki, İsrail Suriyanın ərazisinə zərbə endirməzdən əvvəl Ankara ilə razılaşdırma aparmayıb və Türkiyəyə əvvəlcədən məlumat verməyib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, hücumdan bir neçə gün əvvəl İsrail Suriyadakı vəziyyətlə bağlı narahatlığını ifadə edib. ABŞ və Suriya tərəfi İsrail kəşfiyyatına bölgədə Türkiyə hərbçilərinin, hərbi kolonların və ya silahların olmadığını, həmçinin hər hansı hücum əməliyyatının aparılmadığını çatdırıb.
Lakin davam edən dialoqa baxmayaraq, İsrail iki uçuş-enmə zolağına zərbə endirmək qərarına gəlib.
Barrakın sözlərinə görə, Türkiyə hazırlanan hücumdan xəbərsiz olub və İsrail təyyarələri Türkiyə sərhədinə təxminən 80 kilometr məsafəyə qədər yaxınlaşıb.
ABŞ diplomatı tərəfləri danışıqlar masasına qayıtmağa, hərbi toqquşmalardan və gözlənilməz addımlardan çəkinməyə çağırıb.
20:30 22.08.2026
Oxunuş sayı: 68