Alimlər: Timsahlar daha effektiv ov üçün təkamül keçirib
Timsahların daha effektiv ov strategiyasına uyğunlaşmaq üçün təkamül prosesində soyuqqanlı canlılara çevrildiyi ehtimal olunur.
Crossmedia.az xəbər verir ki, “Interia Zielona” elmi araşdırmaların nəticələrinə istinadən bu barədə məlumat yayıb. Müasir timsahlar səbirli yırtıcılar kimi tanınır. Onlar suda saatlarla hərəkətsiz qalaraq ovlarını gözləyə və demək olar ki, görünməz ola bilirlər. Bu strategiya onlara enerjiyə qənaət etməyə, daha sonra isə qısa və güclü hücum həyata keçirməyə imkan verir.
Məlumata görə, müasir timsahlar soyuqqanlıdır. Bu o deməkdir ki, onların bədən temperaturu böyük ölçüdə ətraf mühitin temperaturundan asılıdır. Buna görə də bu canlıların əksəriyyəti tropik bölgələrdə yaşayır. Soyuqqanlı həyat tərzinin əsas üstünlüklərindən biri isə enerji tələbatının daha az olmasıdır. Bu səbəbdən timsahların həyati fəaliyyətlərini davam etdirmək üçün nisbətən az qidaya ehtiyac duyduğu bildirilir.
04:25 23.08.2026
Oxunuş sayı: 64