İran: ABŞ aviadaşıyıcılarını sahillərimizdən uzaqlaşdırıb
ABŞ İranın raket və pilotsuz uçuş aparatları ilə hücumlarından sonra aviadaşıyıcılarını İran sahillərindən daha uzaqda yerləşdirməyə başlayıb.
Crossmedia.az xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali “RİA Novosti”yə açıqlamasında bildirib.
Diplomatın sözlərinə görə, ABŞ-nin beynəlxalq sularda yerləşən hərbi gəmiləri hazırda İranın sahillərindən və ərazi sularından xeyli uzaqda dayanır.
Cəlali bildirib ki, İran daha əvvəl ABŞ-nin “Abraham Linkoln” aviadaşıyıcısına zərər vurduğunu açıqlamışdı. Onun sözlərinə görə, bundan sonra İran hərbçiləri ABŞ donanmasına qarşı raket və PUA buraxılışları həyata keçirib.
İran səfiri Vaşinqtonun bu addımları müvafiq siqnal kimi qəbul etdiyini ehtimal edib.
Cəlali əlavə edib ki, ABŞ gəmilərinin vəziyyəti ilə bağlı məlumatlar nəzərə alınaraq, İranın hazırda onlara yenidən zərbə endirməsinə ehtiyac göründüyü qənaətində deyil.
12:41 22.08.2026
Oxunuş sayı: 53