Almaniya 12 milyard avroluq uzaqmənzilli silah arsenalı yaradacaq
Almaniya uzaqmənzilli silahlardan ibarət, dəyəri 12 milyard avro olan arsenal yaratmağı planlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu barədə “Bild” qəzeti məlumat yayıb.
Məlumata görə, arsenal yüzlərlə və hətta minlərlə kilometr məsafədəki hədəfləri vurmaq imkanına malik silah sistemlərini əhatə edəcək. Bu silahların əsas məqsədi rəqibin uzaq arxa cəbhəsində yerləşən hədəflərə zərbələr endirmək olacaq.
İlk sistemlərin 2027-ci ildən etibarən istifadəyə verilməsi, ən müasir silah növlərinin isə 2030-cu illərin ortalarına qədər hazır olması planlaşdırılır.
11:07 22.08.2026
Oxunuş sayı: 60