Rusiya Xarkova hücum etdi
Rusiya Silahlı Qüvvələri Ukraynanın Xarkov vilayətinə zərbələr endirib.
Crossmedia.az xəbər verir ki, “İdi i smotri” Telegram kanalı bu barədə məlumat yayıb.
Məlumata görə, Xarkov şəhərində bir neçə zərbə qeydə alınıb. Hücumların vilayətin azı 8 yaşayış məntəqəsində həyata keçirildiyi bildirilir.
Yerli sakinlərdən birinin sözlərinə görə, Xarkovda bir neçə partlayış baş verib.
Qeyd edək ki, daha əvvəl Rusiya hərbçilərinin Xarkov vilayətinin Blaqodatnoye yaşayış məntəqəsində Ukrayna Silahlı Qüvvələrinin 159-cu ayrı mexanikləşdirilmiş briqadasının dislokasiya məntəqələrinə FAB-500 tipli 5 aviasiya bombası ilə zərbə endirdiyi barədə məlumat yayılmışdı.
17:08 21.08.2026
Oxunuş sayı: 55