İllər sonra ailəsinə qovuşdu – İmişlidə Mürşüd Nərimanovla vida
Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Mürşüd Nərimanov dəfn olunub.
Crossmedia.az xəbər verir ki, onun nəşi Məzrəli kənd qəbiristanlığında torpağa tapşırılıb.
13:46
İmişlidə rayonunda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Mürşüd Nərimanovla vida mərasimi keçirilib.
Crossmedia.az xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, İmişli rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Mürşüd Nadir oğlu Nərimanov 1963-cü il yanvarın 5-də İmişlinin Məzrəli kəndində anadan olub. 1994-cü il yanvarın 26-da Ağdam rayonunun Qərvənd kəndində itkin düşüb.
M.Nərimanov doğulduğu kənddə dəfn ediləcək.
14:06 21.08.2026
Oxunuş sayı: 63