Mikayıl Müşfiqin həyat yoldaşı şairin ölümü ilə bağlı bunları deyib...
Mikayıl Müşfiqin ölümü ilə bağlı araşdırmam davam edir. Müxtəlif versiyalar irəli sürülür amma versiya sürənlərin əlində ciddi bir fakt yoxdur. Bu günki müsahibim Mikayıl Müşfiqin həyat yoldaşı ilə görüşmüş tədqiqatçıdır.
Mövzu ilə bağlı professor, tədqiqatçı Qərənfil Dünyəminqızı Crossmedia.az-a açıqlama verib:
"Təkcə Müşfiq yox, elə Seyid Hüseyn də dövrün tanınmış redaktoru, ədəbiyyat tənqidçisi, publisisti olub. Onun da ölüm kağızlarının arasında heç bir məhkəmə kağızı yoxdur. Niyə? Çünki ona da məhkəmə olmayıb. Bilinmir ki, onu aparıb həbsxanaya atıblar, öldürüblər yoxsa diri-diri basdırıblar. Ona görə, yəni dəqiq bir sənəd olmadığına görə heç nə deyə bilmərəm. Bu elə bir mövzudur ki, onun haqqında yekun bir fikir demək üçün ümumiyyətlə bir fakta söykənməlisən, bir fakta əsaslanmalısan. O fakt yoxdur. Mən Mikayıl Müşfiqin xanımı Dilbər Axundzadə ilə görüşmüşdüm. Onun xanımı Dilbər Axınçzadənin məşhur bir kitabı var – “Müşfiqli, Müşfiqsiz Günlərim”. Onda biz jurnalistlər görüşdük onunla, mən iki-üç dəfə görüşdüm. O belə dəqiq bir söz deyə bilmədi ki, Müşfiqə nə olub. Elə dedi ki, bəziləri deyir onu diri-diri divara hörüblər, bəziləri deyir onu çox ağır işgəncə ilə döyüb öldürüblər, bəziləri deyir güllələyiblər. Yəni onunla bağlı da bir informasiya hələ o zaman, biz 90-cı illərdə, ala bilmədik. Çünki o da bilmirdi".
14:00 21.08.2026
Oxunuş sayı: 47