Magistr olmaq istəyənlərin diqqətinə - DİM-dən açıqlama
Magistraturada boş qalan plan yerlərinə ixtisas seçiminin növbəti həftə ərzində başlanması nəzərdə tutulur.
Bu barədə Crossmedia.az-ın sorğusuna cavab olaraq Dövlət İmtahan Mərkəzindən (DİM) bildirilib.
Qeyd edilib ki, boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında növbəti həftə ərzində dərc olunacaq.
Zeynəb Həsənli
11:36 21.08.2026
Oxunuş sayı: 53