Zelenski yeni müdafiə nazirinin əsas vəzifələrini açıqladı
Ukrayna Prezidenti Volodimir Zelenski yeni müdafiə nazirinin əsas vəzifəsinin ölkənin müdafiə sisteminin, silah istehsalının, tədarük və hərbi hissələrə təminat proseslərinin işini qaydaya salmaq olduğunu bildirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Zelenskinin sözlərinə görə, Müdafiə Nazirliyi həmçinin Ukraynanın uzaqmənzilli zərbələrdən istifadəsini genişləndirməli, hava hücumundan müdafiə imkanlarını gücləndirməli və tərəfdaşlarla birlikdə müdafiə və hücum əməliyyatları üçün daha geniş imkanlar yaratmalıdır.
Ukrayna lideri qeyd edib ki, yeni nazir qarşısında əsas prioritetlərdən biri ordunun ehtiyaclarının daha effektiv təmin olunmasıdır.
22:39 19.08.2026
Oxunuş sayı: 49