Rusiya MN gün ərzində 438 Ukrayna PUA-sı məhv edildiyini açıqlayıb
Rusiya Müdafiə Nazirliyi gün ərzində ölkə ərazisi üzərində 438 Ukraynaya məxsus pilotsuz uçuş aparatının (PUA) hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edildiyini bildirib.
Crossmedia.az ˝TASS˝-a istinadən xəbər verir.
Nazirliyin məlumatına görə, PUA-lar Rusiyanın müxtəlif regionları üzərində aşkarlanaraq zərərsizləşdirilib.
21:24 19.08.2026
Oxunuş sayı: 48