Miroşnikdən Zelenskiyə sərt ittiham: Nazi əlaltılarının panteonunu yaradır
Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik Ukrayna Prezidenti Vladimir Zelenskini sərt tənqid edib.
Crossmedia.az xəbər verir ki, “TASS” bu barədə məlumat yayıb.
Miroşnik Kiyevdə OUN lideri Yevgeni Konovaletsin qalıqlarının yenidən dəfn edilməsinə münasibət bildirərək Zelenskini “kolaborsionistlər və nasistlərin tərəfdarlarından ibarət panteon yaratmaqda” ittiham edib.
O, Zelenskinin bununla milyonlarla ukraynalının, eləcə də nasistlərə qarşı döyüşmüş babasının hisslərinə hörmətsizlik etdiyini iddia edib.
17:40 18.08.2026
Oxunuş sayı: 49