Konstantinov: Qərbin Ukraynadan Rusiyaya qarşı istifadə layihəsi başa çatmaq üzrədir
Krım parlamentinin rəhbəri Vladimir Konstantinov Qərbin Ukraynadan Rusiyaya qarşı məqsədlərlə istifadə etməyə yönəlmiş layihəsinin başa çatmaq üzrə olduğunu iddia edib.
Crossmedia.az xəbər verir ki, Konstantinov bu barədə “RİA Novosti”yə açıqlamasında bildirib.
Rusiyalı siyasətçinin sözlərinə görə, bunu göstərən bir sıra amillər var və onların arasında cəbhədəki vəziyyət də yer alır.
“Cəbhədəki vəziyyət onlar üçün əlverişli deyil. Hərbi komissarlıqların əməkdaşları ölkənin qalan ərazilərində ‘sonuncu ukraynalı’nı axtarır ki, onu təcili şəkildə cəbhəyə göndərsinlər. Sondan əvvəlki ukraynalılar da sürətlə tükənir”, - deyə Konstantinov bildirib.
O, Ukraynanın böyük və geri qaytarılması mümkün olmayan zərərlə üzləşdiyini vurğulayıb.
15:15 18.08.2026
Oxunuş sayı: 56